Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
399
24.04.2025, 12:11
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.
“Qafqazinfo”nun məlumatına görə, Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.
Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvcəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min manat etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.
Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.
“Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”, - deyə o cavab verib.
Həmçinin oxuyun
Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb. Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib: “Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır. Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babək Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi”.
Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.
Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.